BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha 23 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 827 903 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 590 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 418, hazırkı dövrədək isə 7 484 660 test aparılıb.

Tarix: 29 Yanvar 2023, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin