Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfərin qeydiyyatda olduğu məlum olub. Ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.
Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu problemlə Binəqədi rayonu, Xocəsən qəsəbə sakini Emin Hüseynov qarşılaşıb.
Onun sözlərinə görə, son dəfə 4-5 il əvvəl arayış alarkən yaşadığı Həmid Sultanov küçəsi ev 24-də yoldaşı, iki oğlu və özü qeydiyyatda olub. Amma bir neçə gün əvvəl öyrənib ki, onlardan başqa şəxslər də həmin evdə qeydiyyatdadırlar. 17 nəfərin necə və nə zaman qeydiyyata düşməsi haqqında ev sahibinin məlumatı yoxdur.