İsrail Hərbi Hava Qüvvələri İran ordusunun (SEPAH) yük maşını karvanını bombalayıb.
Bu barədə "sm.news" portalı yazıb.
Məlumata görə, SEPAH-ın avtomobil karvanı İraq və Suriya sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında qeydə alınıb.
Bildirilir ki, silah və kamikadze dron daşıyan 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib.