Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lənkəranda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürdü

904
Paylaş:
Lənkəranda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürdü

Azərbaycanda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb.

Hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər