“İranla Azərbaycan arasında müharibə ehtimalının olmadığını düşünürəm. Hesab edirəm, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsi İranın öz daxilində baş verən proseslərdən ictimaiyyətin diqqətini yayındarmaq məqsədi daşıyır. Səfirliyimizə olmuş silahlı basqın sıradan bir hadisə deyil. Bu terrorun təşkilatçıları var...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.