Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Məhərrəm Əliyev: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

792
Paylaş:
Məhərrəm Əliyev: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

"İranda səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyində baş verən terrorla bağlı artıq hər kəs məlumatlıdır:

"Sözsüz ki, məsələ tam aydınlaşdırılmalıdır. Hadisədən zərər çəkmiş bütün vətəndaşlarımız dövlətin nəzarətindədir. Hesab edirəm ki, dünya onların (İranın - red.) əcaib işlərinə qiymət verirlər, törədilmiş qəsdi pisləyirklər".

"Məsələni tam aydınlaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Hazırda dövlətimiz tərəfindən bu hadisə ciddi araşdırılır" -, M. Əliyev vurğulayıb.Report

Paylaş:

Ən son xəbərlər