Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhlizlə hərəkət məhdudlaşdırılmır.
Pravda.az-ın xəbərinə görə, bunu bazar ertəsi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O vurğulayıb ki, Azərbaycan azərbaycanlıların Laçın dəhlizində dinc etiraz aksiyalarının blokada olması ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir. “Təəssüf ki, Ermənistan Laçın dəhlizində keçirilən dinc aksiyadan iki ölkə arasında sülh danışıqlarına təzyiq göstərmək üçün istifadə edir”, - deyə Məmmədov bildirib.
Diplomat qeyd edib ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır və bu dəhliz boyu hərəkət rejimi etirazlardan əvvəl olduğu kimi qalıb. Aksiya iştirakçılarının özləri bildiriblər ki, onlar nəqliyyatın hərəkətini dayandırmaq niyyətində deyillər və hər gün dəhlizdən yüzlərlə, hətta minlərlə minik və yük maşınları keçir.