"Dövlət Məşğulluq Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi “Ceyhun-3” İstehsalat Kommersiya Firması (VÖEN- 1500330441) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Ceyhun-3” İstehsalat Kommersiya Firması Məşğulluq üçün ofis sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 6500 -6750 kv. metr arasında olacaq və bunun üçün “Ceyhun-3” firmasına 12 aylıq icarə haqqı olaraq 989 min 894 manat 52 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, DSMF icarəyə götürdüyü ofis sahəsinə hər ay 82 min 491 manat ödəyəcək.