Belə görünür ki, müğənni Şakira ilə keçmiş qayınanası Montserrat Bernabeu arasında münasibətlər həmişə çox gərgin olub. Ötən gün internetdə müğənninin pərəstişkarlarını şoka salan arxiv video yayımlanıb. Videoda futbolçu Jerar Pikenin anası gəlini ilə kifayət qədər emosional danışır.
Əvvəlcə Pikenin anası müğənniyə şirin-şirin gülümsəyir, sonra isə qəfil onun üzündən tutub nəyəsə susmaq üçün jest edir.
Sfera.az bildirir ki, video ispan mediası paylaşdıqdan sonra viral olub.
Videodan göründüyü kimi gəlinlə qayınana arasında söhbət adi tonda davam edir, hətta Şakira və Montserratın üzündə təbəssüm yaranır.