Gəncədə qətl hadisəsi törətməkdə təqsirləndirilən Aftandil Kərimovun cinayət işi ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 10-na təyin edilib.
Qeyd: 2022-ci il oktyabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə oktyabrın 1-də saat 1 radələrində şəhər sakini Fuad Abdulhalimovun boyun nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin Gəncə şəhər sakini Aftandil Kərimov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Kamal Məmmədov