Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Nazirlər Kabinetindən 65-dən yuxarı insanlarla bağlı QƏRAR

1 214
Paylaş:
Nazirlər Kabinetindən 65-dən yuxarı insanlarla bağlı    QƏRAR

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprel-may aylarında yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstəriləcək.

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu tədbirlər ümumilikdə 14 min nəfəri əhatə edəcək. Tədbirin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Paylaş:

Ən son xəbərlər