Abşeron rayonu, Novxanı kəndində iki nəfər zəhərlənərək ölüb.
Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Teymur Əliyev küçəsindəki tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və onlarla birlikdə həmin evdə yemək yemiş 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu ilkin ehtimala görə, dəm qazından və ya yedikləri qidalardan zəhərləniblər.