Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib.
Pravda.az Nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.