Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.
Pravda.az-ın məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan deputat müxalif "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır.
Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə cəsusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Deputatın adı istintaq sirri səbəbindən açıqlanmır.