Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.