Tarif (qiymət) Şurasının bu gün təsdiq etdiyi qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.
Bu barədə Tarif (qiymət) Şurasında məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə ediləcək.