Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 79 mindən çox insan yoluxub, 6 mindən çox insan da bu virusun qurbanı olub.
Pravda.az-ın xəbərinə görə, dünyada 1 051 635 nəfər yeni növ koronavirusa yoluxub, 56 985 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 79 332 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6664 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 583 141 yoluxma və 42 334 ölüm. Sutka ərzində burada yoluxanların sayı 41 333, ölənlərin sayı isə 5231 nəfər artıb.