Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Hüquqşünas: “Bu gün bəyənmədiyimiz sovet səhiyyəsinə borcluyuq”

1 421
Paylaş:
Hüquqşünas: “Bu gün bəyənmədiyimiz sovet səhiyyəsinə borcluyuq”

“Tək Azərbaycan deyil, bütün postsovet məkanı koronavirusu daha yüngül keçirəcək və bununla da bu gün bəyənmədiyimiz sovet səhiyyəsinə borcluyuq. Yaşlı nəsil yaxşı bilir ki, sovetlər dövrü uşaq doğulduqdan az sonra hamısına peyvənd vurulardı. Həmin peyvəndlər cürbəcür viruslara qarşı nəzərdə tutulmuşdu və insan orqanizmini gələcək viruslardan qorumaq məqsədi daşıyırdı”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, peyvənd almış insanların immun sistemi yaxşı və peşəkar məşq görmüş güləşçi kimidir: “Avropa və Amerika insanları biz gördüyümüz məşqləri görmədiyindən daha ağır keçirirlər. Bir də biz onlar kimi komfort həyat yaşamamışıq, çətinlik görmüş insanlarıq. Azərbaycanda da komfort həyat yaşamışlar, heç bir çətinliyə, əziyyətə qatlaşmamış, əmək, zəhmət nə olduğunu bilməyən, vəzifəsinə, qohumuna görə yağ-bal içində üzən "qlamur" insanlar da bu virusu çətin keçirəcəklər. Ona görə də əziyyət görmüş insanlar koronavirusu ciddi qəbul etməklə bərabər ondan qorxub panikləməsi, bədbin olması da lazım deyil. Koronavirusdan sonra nəyin necə olacağını dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, biz artıq əvvəlki kimi yaşamayacağıq. İctimai, dövlətlərarası münasibətlər, cəmiyyət də əvvəlki kimi olmayacaq. Güman edirəm ki, daha çox insan olduğumuzu yada salacağıq, bizi yaradan ana təbiətə və bir-birimizə qarşı əvvəlki kimi yırtıcı münasibətində olmayacağıq. Ən azından son bir neçə gün ərzində dünya mətbuatının atmosferin gözə çarpacaq dərəcədə təmizlənməsi məlumatı buna sübutdur”.

Paylaş:

Ən son xəbərlər