BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - VİDEO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

 

Pravda.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 


 
Tarix: 2 Fevral 2023, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin