Bakıda polisə silahlı müqavimət göstərən şəxs “OBA” marketə oğurluğa giribmiş.
Pravda.az-ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən “OBA” marketdə qeydə alınıb.
Belə ki, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev mağazan arxa tərəfində yerləşən ehtiyat çıxışından ora girib. Xüsusi texniki vasitələrlə qorunan “OBA” marketdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.
Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb.