Bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.
Pravda.az-ın məlumatına görə, Moskvada mağaza işlədən iş adamı Qafur Məmmədəliyev obyektdə baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib.
Mağazadakı malları çıxarmaq istəyərkən tüstüdən zəhərlənən şəxs hadisə yerində dünyasını dəyişib.