Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Bələdiyyə başçısı həbs edildi

1 449
Paylaş:
Bələdiyyə başçısı həbs edildi

Türkiyədə rüşvət əməliyyatında saxlanılan Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə başçısı Ünal Çətin (İYİ Partiya) həbs edilib.


Pravda.az xəbər verir ki, Çanaqqala Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Gökçeada bələdiyyə başçısı Ünal Çətin, Bələdiyyə Yenidənqurma müdiri S.D., dövlət işçisi E.B. ilə podratçılar R.G. və B.B-nin əmniyyət müdirliyindəki prosesləri başa çatıb.


Çanaqqala ədliyyəsinə gətirilən şübhəlilər araşdırmadan sonra həbs olunublar.


Xatırladaq ki, yanvarın 31-də regionun təhlükəsizlik strukturları Gökçeada Bələdiyyəsinə qarşı “korrupsiya” və “rüşvətxorluq” əməliyyatı keçirib.


Qeyd edək ki, Gökçeada Türkiyənin ən böyük adasıdır. Eyniadlı rayon adanın bütöv ərazisini əhatə edir.

Report 

Paylaş:

Ən son xəbərlər