BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocalıda yük maşını aşdı, xəsarət alanlar var

Xocalıda yük avtomobili aşıb.

 

Çanaqçı kəndində yük avtomobili aşıb və xəsarət alanların olduğu bildirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

 

" Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi "Hyundai" markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşmış, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib".

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 4 Fevral 2023, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin