Tanınmış rejissor, SOY prodakşnın rəhbəri Oqtay Əliyevin “Paşinyan qardaşımın velosipedini götürüb qaçmışdı, cığal uşaq idi” deməsi marağa səbəb oldu.
Oqtay Əliyev Paşinyanla qonşu olub? - “Yaşıma yaraşarmı yalan danışım?”
Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən açıqlamanın yalan olduğunu iddia edənlər də az olmadı. Mövzu ilə bağlı Yenisabah.az-a danışan O.Əliyev sözügedən açıqlamanı bir il əvvəl efirdə verdiyini deyib.
O, açıqlamasında heç bir yalanın olmadığını bildirib: “Mən bu sözləri ötən gün deməmişəm, 1 il əvvəl demişəm. Bundan 1 il qabaq verilişdə həmin söhbət gedib. Bu yeni açıqlama deyil. Bu söhbətdə zarafat etdiyimi düşünürsünüz? Mənim yaşıma, ağlıma yaraşarmı yalan danışım? Xahiş edirəm qutaraq bu söhbətləri”.