Aparıcı Azər Zahidin TikTok-da yayımlanan "Təkərdə" şousu sosial şəbəkələrdə müzakirə olunur. Qalmaqallarla yanaşı, bir digər nəzərdən qaçmayan məqam isə proqramda bəzi tanınmış simaların adlarının çəkilməsidir.
Ona görə ki, A. Zahidin Xalq artistləri Zeynəb Xanlarova, Murad Dadaşov, türk müğənni İbrahim Tatlısesin yayım zamanı iştirakçılara hədiyyə göndərdiklərini deməsi marağa səbəb olub. İzləyicilər adı çəkilən məşhurların TikTok-dan bu qədər fəal istifadə edib, tiktokerlərə jeton göndərəcəyinə inana bilməyib.