Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı-Quba yolunda yük maşınları toqquşdu

892
Paylaş:
Bakı-Quba yolunda yük maşınları toqquşdu

Bakı-Quba yolunda ağır tonnajlı yük maşınları toqquşub, xəsarət alan var.


Bu barədə Pravda az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.


O bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


"Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KaMAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb".


Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər