Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.
Pravda.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.