BURADA REKLAMINIZ OLA
BİLƏR

Bədxahların "reket sxodka"sı

Ölkə gündəminin İranın Tehrandakı səfirliyimizdə törətdiyi terror hadisəsi ilə çalxalandığı bir vaxtda bəzi milli vətənşüvənlər və ya jurnalistikanın “J”sindən anlayışı olmayanlar, “fəaliyyəti” boyunca reketçilik və şantajla “qarın doyuran”lar ciddi cəhdlə gündəmi dəyişməyə səy göstərirlər.

Xarici qüvvələrin “maşa”sı olan, “Flyüger” kimi o yan, bu yana əsən antimilli ünsürlərin əllərində bayraq etdikləri tək mövzu isə guya ölkədə media və söz azadlığının boğulması, “Media Haqqında” Qanunun jurnalist fəaliyyətini məhdudlaşdırmasıdır. Sağdan da, soldan da “döşədikləri” qurum isə Medianın İnkişafı Agentliyidir. Bu şəxslərin dərdi başqadır, cənablar! Ancaq bu haqda bir az sonra bəhs edəcəm.

 

İndi gəlin onların “medianın fəaliyyətinin məhdudlaşdırılması” kimi irəli sürdükləri məntiqsiz arqumentlərlə tanış olaq. Gündə 20 özəl xəbər yazmaq, normal ofisdə çalışmaq, müqavilə ilə əməkdaş işlətmək kimi tələblər bu şəxslərin təbirincə desək, jurnalistin fəaliyyətini çərçivəyə salır. Qınamıram!

 

Ömür boyu çayxanalarda oturub nərd ata-ata “kimin evin yıxaq” fəlsəfəsi ilə yaşayan, papkası qoltuğunda, “kepkası” başında, təsbehi də əlində bir obyektə və ya dövlət müəssisəsinə daxil olaraq “reket” kimi pul tələb edən “zadlar”dan başqa nə arqument gözləmək olar. Normal ofisdə işləmək, kompüter qarşısında əyləşib beyin məhsulu istehsal etmək, araşdırma aparıb cəmiyyəti maraqlandıran yazılar ortaya çıxarmaq bu insanların nəyinə gərəkdir axı…

Onlar üçün rahat pul qazanmağın yolu “reketçilik”dən keçdiyi üçün bu tələblər həmin “jurnalistlərin fəaliyyətini” çərçivəyə salır.

 

Xeyr cənablar! Artıq Dövlət baba bu kimi halların baş verməsinə göz yummayacaq. Artıq heç kimə faktlara söykənməyən məlumatları ağzına gələn formada yazmağa imkan verilməyəcək. Hərə qarşısına bir kompyuter qoyaraq “mən jurnalistəm” deyib şüvənlik sala bilməyəcək. Normal jurnalist fəaliyyəti göstərmək istəyən media qurumlarına və onların əməkdaşlarına hər cür şərait yaradılır. Sizin kimi “reket”ləri isə mediamızdan təmizləmək lazımdır və bu yolda Media Agentliyinin atdığı addımlara hər bir vicdanlı jurnaliist dəstək göstərməyə borcludur. Mətbuatımızı “qara ləkə”dən birlikdə xilas etməliyik.

Gün ərzində 20 özəl xəbər hazırlaya bilməyən, redaksiyası olmayan, özündən başqa əməkdaş işlətməyən bir şəxsin və ya media qurumunun “media reyestri”nə daxil edilməsi, qoyulan tələbləri min bir zəhmət bahasına yerinə yetirən digər media resurslarına qarşı haqsızlıq olmazmı? Təbii ki, “hazıra nazir olmaq” bu bədxahların peşəsinə çevrildiyindən, azacıq zəhmətə qatlaşmaq tələb edilən kimi “tumanlarını başlarına çəkərək şüvənlik salırlar” və dövlətin nüfuzuna xələl gətirməyə çalışırlar. Aydın məsələdir ki, reketləri müdafiə edənlərə isə sifariş xarici havadarlardan gəlir və “qrant iyi” bu şəxslərin burnuna toxunan kimi dövlət və dövlətçilik prinsipləri, ümummilli məsələlər arxa planda qalır.

Yeri gəlmişkən, bu gün özünü jurnalist hesab edən bir qrup, əslində isə “reketçilik”dən başqa “fəaliyyət”i olmayan qrant sevənlər toplantı keçiriblər. Orada yığışıb “Media haqqında” Qanunu pisləyənlərin simasına baxanda, istər-istəməz yuxarıda qeyd etdiyim başı kepkalı, əli təsbehli “reket jurnalistləri” xatırlayıram.

Buna elə özlərinin dilində “reket sxodkası” da demək daha düzgün olar Özlərinin də etiraf etdiyi kimi gün ərzində 20 özəl material hazırlamağa “dux”ları çatmır. Axı yaradıcılıq üçün redaksiya heyəti, əməkdaşlar olmalıdır. Axı özəl xəbər hazırlamaq qapı-qapı sülənib şantajla pul dilənmək deyil. Sizin dövranınız çoxdan keçib, cənablar!

 

Əgər tələblərə cavab verə bilirsinizsə, buyurun, “hodri meydan”, yox əlinizdən şantaj və “reketçilik”dən başqa bir iş gəlmirsə, o zaman heç olmasa dilinizi dinməz qoyun”. /KONKRET.az

Tarix: 4 Fevral 2023, 19:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin