Sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparmaqla din pərdəsi altında gizlənib İranın terror şəbəkəsinə dəstək verirlər.
Ekspert İlham İsmayıl deyir ki, İranın xüsusi xidmət orqanları Azərbaycan müstəqillik qazanandan bəri Azərbaycan ərazisində özünün İslam bayrağı altında, məzhəbçilik bayrağı altında casus şəbəkəsi yaratmağa müvəffəq olub.