Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu - SƏBƏB

957
Paylaş:
Bakıdan İstanbula uçan təyyarə Ankarada enməli oldu -     SƏBƏB

Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə bu ölkənin paytaxtı Ankarada enməli olub.


“Buta Airways” aviaşirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, "Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.


Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib. Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Paylaş:

Ən son xəbərlər