Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.
Pravda.az xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.
Mərasimdə düşən mübahisə zamanı, 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, daha 1 nəfər isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.