Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Türkiyədə zəlzələ zamanı bir neçə bina çöküb, ölənlər var – Beynəlxalq yardım üçün müraciət edildi

1 066
Paylaş:
Türkiyədə zəlzələ zamanı bir neçə bina çöküb, ölənlər var –         Beynəlxalq yardım üçün müraciət edildi

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü deyilir.

Pravda.az-ın xəbərinə görə, məlumatı şəhərin valisi Salih Ayhan yayıb.

16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı qeyd olunub.

Adana şəhərində 3 bina çöküb.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Türkiyə beynəlxalq yardım üçün çağırış edib.

Paylaş:

Ən son xəbərlər