Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb - YENİLƏNDİ

814
Paylaş:
Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb -   YENİLƏNDİ

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə baş verən zəlzələ qonşu Suriyada da ciddi dağıntılara yol açıb.

***

09:49

Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı çoxalıb.

Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.

Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir. Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır./APA

Paylaş:

Ən son xəbərlər