BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.

 

Pravda.az-ın xəbərinə görə, "İnstagram" hesabında olan paylaşımda deyilir:

 

"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

Tarix: 6 Fevral 2023, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin