Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslər arasında aktrisa Melisa Aslı Pamukun ailəsi də var.
Pravda.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. Onun sözlərinə görə, bu gün səhər saatlarında Kahramanmaraşdakı zəlzələdə nənəsi və xalası dağıntılar altında qalıb. Melisa paylaşımında ünvanı qeyd edərək, ailəsinə kömək edə biləcək şəxslərə müraciət edib:
"Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”.
