Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verdi

841
Paylaş:
Yunanıstanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verdi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə Yunanıstan hökumətinin saytında məlumat yer alıb.

Mitsotakis dağıdıcı zəlzələ ilə bağlı kədərləndiyini bildirib, həlak olanların yaxınlarına və Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.

O, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə 1541 nəfər ölüb, 9733 nəfər yaralanıb.

Paylaş:

Ən son xəbərlər