Türkiyənin daha çox seriallardan tanınan aktrisası Cansın Çekili bir neçə gündür koronavirusa yoluxma səbəbi ilə karantindədir.
Koronavirusa yoluxan aktrisa: “Sağalmaq üçün əlimdən gələni edirəm”
“Milliyet”in məlumatına görə, aktrisa artıq yaxşılaşmaq üzrədir. O, özünün sosial media hesabında bu barədə məlumat verib və tamaşaçılarını özlərini qorumağa səsləyib:
“Müalicəm davam edir. İnanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta bir evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir”.