BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət etdi

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

 

Diplomatik nümayəndəlikdən bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

 

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

 

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Tarix: 7 Fevral 2023, 11:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin