“Türkiyədə baş verənlər böyük fəlakətdir. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. İnanmıram ki, kimsə bu cür zəlzələni təşkil edə bilsin. Bu, mənim üçün təbii hadisədir, fəlakətdir. Zəzələ təşkil edə biləcək qədər yüksək səviyyədə imkanların olduğuna inanmıram. 7,8 bal gücündə olmasa da, Türkiyənin hazırda zəlzələ baş verən ərazilərində əvvəllər də tez-tez zəlzələlər olub…”
Bu sözləri Pravda.az-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədə baş verən zəlzələnin prezident və parlament seçkiləri ərəfəsində bir sıra dövlətlər tərəfindən qəsdən süni şəkildə yaradılması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.