BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş redaktor: "Medianın vergidən azad olunması bu sahənin inkişafına göstərilən mühüm dövlət dəstəyidir"

“Bir saytın rəhbəri olaraq, medianın vergidən azad olunmasını təqdir edirəm. Hesab edirəm ki, bu, media subyektlərinin maddi imkanlarını genişləndirəcək”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında “KONKRET.az” saytının baş redaktoru Fadil Paşayev deyib. Baş redaktorun sözlərinə görə, bu addım müstəqil, azad medianın inkişafına göstərilən mühüm dövlət dəstəyidir:

 

“Məsələni gündəmə gətirən həmkarlarıma, qanunverici orqana təkliflə çıxış edən Medianın İnkişafı Agentliyinə təşəkkür etmək istəyirəm. Çünki söhbət medianın vəziyyətinin xeyli yaxşılaşdırılmasından gedir. Media orqanlarının cəmiyyətdəki rolunun artırılması baxımından vergilərin tutulmaması əhəmiyyətli təşəbbüsdür. Əgər bu qanun qəbul edilərsə, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərində də artım olacaq. Reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir ki, bu da bizim üçün olduqca əhəmiyyətli stimuldur. Məsələnin ən mühüm tərəflərindən biri də budur ki, media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də əlavə dəyər vergisindən azad edilə bilər”.

 

“Yeri gəlmişkən, ölkəmizdə söz azadlığının boğulması, medianın sıradan çıxarılması kimi rəylərə qarşı bu addım sillə kimi cavabdır. İndi “reket jurnalistika” ilə məşğul olanlar, eləcə də müvafiq olaraq qrantlar alan bəzi ekspertlər “Media haqqında” qanunun yenidən işlənməsini, reyestrin ləğvini tələb etməklə dövlətin bu sahədəki siyasətinə kölgə salmağa çalışırlar. Görünən isə odur ki, dövlət medianın inkişafında maraqlıdır və deyilənlərin heç bir əsası yoxdur”, – deyə baş redaktor qeyd edib.

Tarix: 7 Fevral 2023, 18:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin