Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Pravda.az-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış orta yaşlı qadını sağ çıxarıb.
Daha sonra o, aidiyyəti üzrə təhvil verilib.