Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Əsədov Fuat Oktayla telefonla danışdı

612
Paylaş:
Əli Əsədov Fuat Oktayla telefonla danışdı

Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Pravda.az-a Nazirlər Kabinetindən bildirilib.

Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.

F.Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib.

Paylaş:

Ən son xəbərlər