Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.
Müsabiqənin qalibi Heydərova Ruhəngiz Muxtar qızı (VÖEN – 1404729342) olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar – 31 dekabr 2023-cü il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 97 min 680 manat ödəyəcək.
Onu da bildirək ki, Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb.
5 yanvar – 31 dekabr 2022-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 97 min 680 manat olub.