Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş Naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş Naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Baş Nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.
Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.
“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson həmin gün bildirib.