Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.
Pravda.az xəbər verir ki, “ZƏFƏR” yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı da müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 9-27 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı - Quba yolu: Quba və Qusar rayonları ərazisində qar yağır, 6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür.
Xınalıq kəndi istiqamətində, yolun 26-38 km hissəsində güclü qar yağır, yolda 20 sm qar var. Şaxta 12-14 dərəcə təşkil edir. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Giləzi - Xızı yolunda zəif qar yağır, lakin güclü külək əsir. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolu: Gecə saatlarında Qobustan rayonu ərazisinə qar yağıb, hazırda isə yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Qobustan - Şamaxı - Muğanlı yolu: Şamaxı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı – Ağsu - Yevlax yolu: Muğanlı ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.