Güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.
Bakıda güclü külək: Ağaclar qırıldı
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Pravda.az-a verilən məlumata görə, həmin ağaclar kəsilərək ərazi təmizlənib.
Qeyd olunub ki, küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadısə yerinə gələrək fəsadları aradan qaldırırlar.