Türkiyədə zəlzələ bölgəsində Azərbaycan xilasediciləri tərəfindən 44 nəfər dağıntılar altından sağ çıxarılıb, 164 nəfərin isə cəsədini çıxarılıb.
Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.