Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məşhur pianoçu vəfat etdi

868
Paylaş:
Məşhur pianoçu vəfat etdi

Amerikalı pianoçu və bəstəkar, üç dəfə Oskar mükafatı laureatı Bert Bakarak 94 yaşında vəfat edib.

Bu barədə "The Washington Post" məlumat yayıb.

Agentliyin məlumatına görə, o, fevralın 8-də Los-Ancelesdəki evində dünyasını dəyişib.

Xatırladaq ki, Bakarak Britaniyanın BBC Yayım Korporasiyasına görə, 20-ci əsrin ən yaxşı bəstəkarlarından biri olub.

O, "Casino Royale" (1967), "Butch Cassidy and the Sundance Kid" (1969) kimi dünyaca məşhur filmlərinin musiqi müəllifidir.

Bəstəkar Oskar mükafatlarını "Ən yaxşı soundtrack" və "Ən yaxşı mahnı"ya görə alıb.

Bert Bakarak həmçinin "Qızıl Qlobus" mükafatına da layiq görülüb./APA

Paylaş:

Ən son xəbərlər