Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Sərvərə zəng etdi

1 029
Paylaş:
Türkiyənin Azərbaycandakı səfiri Sərvərə zəng etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn Sərvər Bəşirliyə telefonla zəng edib.

Bu barədə C.Bağçı özü məlumat verib.

“Ölkəmizdə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən, kömək səfərbərliyinə bacardığı qədər edən qardaşımız Sərvər Bəşirliyə zəng edərək ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim, var olasan”, - səfir bildirib.

Paylaş:

Ən son xəbərlər