Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Taliban Türkiyəyə humanitar yardım göndərməyə hazır olduğunu bildirdi

792
Paylaş:
Taliban Türkiyəyə humanitar yardım göndərməyə hazır olduğunu bildirdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Əfqanıstanda hakimiyyətdə olan Taliban rejiminin xarici işlər naziri Əmir Xan Müttəqi arasında telefon danışığı olub.

Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Əmir Xan Müttəqi Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Çavuşoğluna başsağlığı verib.

"Müttəqi həmçinin bildirib ki, Türkiyə tərəfindən tələb olunarsa, yardım qruplarımız və təcili tibbi yardım xidmətlərimiz də kömək və xilas etməyə hazırdır. O əlavə edib ki, Əfqanıstanın Ankaradakı səfirliyi də zəlzələ bölgəsinə kömək üçün bir qrup göndərib", - XİN-dən bildirilib./APA

Paylaş:

Ən son xəbərlər